"İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin "Qarabağ xalqı" nın hüquqlarının qorunması vacibdir fikirini səsləndirməsi heç bir hüquqi əsası olmayan və İrəvanın maraqlarına xidmət edən açıqlamadır. İlk öncə səfirin diqqətinə çatdırmaq lazımdır ki, "Qarabağın erməni xalqı" deyilən bir ifadə yoxdur və məlum şəxs Qarabağdan könüllü şəkildə köç edən insanların haqlarından danışmazdan öncə öz ölkəsində insan haqlarının real mənzərəsini göz önünə gətirib fikir bildirməli idi".
Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. Onun sözlərinə görə, iranlı diplomatın "SivilNet" ə müsahibəsi bir müddət öncə Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində Prezident İlham Əliyev və həmkarı Seyid İbrahim Rəisi arasında keçirilmiş görüşün dinamikasına ziddir:
"Çünki iki tərifli görüş zamanı liderlər ölkələrimiz arasında əlaqələrin bərpası və daha da inkişaf etdirilməsi üzrə fəmfikir olduğunu qeyd etdi. İndiki məqamda belə bir sual yaranır ki, ya İranın Ermənistandakı səfiri prezident Rəisinin mövqeyindən fərqli xətt üzrə hərəkət edir, ya da cənub qonşumuz normallaşma prosesində səmimi deyil. Aydın məsələdir ki, belə bir məqamda münasibətlərin bərpası hər iki tərəf üçün arzuolunandır. Lakin uzun illərdir anbarqo şəraitinə yaşayan İranın buna daha çox ehtiyacı var".
AVP rəsmisi "Hesab edirəm ki, Mehdi Sübhaninin müsahibəsi və Qarabağdan köç edən erməni əhali ilə yanaşı Zəngəzur koridoru layihəsinə toxunması indiki şəraitdə rəsmi Tehranın başqa bir sifətlə çatdırmaq istədiyi fikirlərdir. Ancaq bu kimi ikibaşlı yanaşma və təxribat xarakterli açıqlamalar ələqələrin bərpası perspektivlərinə zərbədir",-deyə bildirib.
Anar Əliyev