Keçən il Türkiyədə 109,2 milyon ton tullantı əmələ gəlib.
Newscenter.az Türrkiyə Statistika Təşkilatına istinadən bildirir ki, ötən il Türkiyədə emal sənayesi iş yerlərində, mədənçıxarma müəssisələrində, istilik elektrik stansiyalarında və məişət təsərrüfatlarında 29,4 milyon tonu təhlükəli olmaqla ümumilikdə 109,2 milyon ton tullantı yaranıb.
İstehsal sənayesi iş yerlərində 5,4 milyon tonu təhlükəli olmaqla ümumilikdə 28 milyon ton tullantı toplanıb ki, onun da 63,2 faizi lisenziyalı tullantı emalı müəssisələrinə göndərilib, 14,5 faizi yerində bərpa olunub, 13,5 faizi zibilxanalara göndərilib, 3,3 faizi isə iş yerlərində saxlanılıb..
Hesabat dövründə istilik elektrik stansiyalarında 27,8 milyon ton tullantı əmələ gəlib
Nərgiz Əzizova