Türkiyədə daha 39 qeyri-qanuni miqrant batmaq təhlükəsindən xilas edilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə İzmir sahillərində qeydə alınıb. Belə ki, İzmirin Karaburun rayonu sahillərinə yunan sahil nəzarətçiləri tərəfindən sıxışdırılan miqrantlar Türkiyə ərazi sularında xilas ediliblər.
Məlumata görə, Karaburun rayonu sahillərində rezin qayıqda bir qrup qeyri-qanuni mühacirin olması xəbəri üzərinə bölgəyə Sahil Mühafizə gəmisi göndərilib. Qeyri-qanuni miqrantlar batmaq təhlükəsindən xilas edildikdən sonra İzmir İl Miqrasiya İdarəsi Müdirliyinə göndərilib.
Anar TAGİYEV