TÜRKSOY-un baş ofisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Ankarada Şuşa mədəniyyət günləri” tədbirinin açılış mərasimi keçirilib.
Newscenter-az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovla bərabər, TÜRKSOY-un baş katibi Sultan Raev, Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfiri Rəşad Məmmədov və digər rəsmilər iştirak edirdilər.
Qarabağın incisi olan tarixi Şuşa üçün çox mühüm əhəmiyyət kəsb edən tədbirdə çıxışı zamanı Aydın Kərimov 2023-cü il ərzində Şuşa şəhərinin Türk xalqlarının mədəniyyətini, zəngin tarixini əks etdirən bir çox tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırdı.
Tədbirdə şuşalı rəssamların Şuşanın tarixini, özünəməxsus təbiətini, gözəlliyini özündə əks etdirən rəsm əsərləri nümayiş olundu, muğam ifaçılarının ifasında Qarabağımıza həsr olunmuş zəngin musiqilər səsləndirildi.
Nərgiz Əzizova