Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa İttifaqının yürütdüyü ikiüzlü siyasət bütün dönəmlərdə Azərbaycana qarşı olub

Avropa İttifaqının yürütdüyü ikiüzlü siyasət bütün dönəmlərdə Azərbaycana qarşı olub


"Avropa İttifaqının yürütdüyü ikiüzlü siyasət bütün dönəmlərdə Azərbaycana qarşı olub".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. Onun sözlərinə görə, biz işğala məruz qalan ölkə kimi Avropa İttifaqının və ümumiyyətlə Qərbin siyasi dairələrinin ikili standartlardan əziyyət çəkmişik:

"Qərb işğalçı və separatçı Ermənistanın yanında olduğunu, Qarabağ məsələsində fərqli bəhanələr gətirərək öz dəstəyini ifadə edib. Azərbaycan öz torpaqlarında, suveren hüquqları çərçivəsində, beynəlxalq normalara riayət etməklə işğalçı Ermənistan üzərində qələbəsini qazandı və Qarabağda yuva salan silahlı dəstələri məhv etdi. Etnik ermənilərin burnu belə qanamadan, öz istəklərinə uyğun şəkildə getməklərini, təhlükəsizlikləri və rahatlıqları təmin edilərək, dünyanın gözü qarşısında həyata keçirilməsi ilə bir nümunə sərgilədi. Amma bütün bunlara rəğmən, Aİ qərəzindən geri cəkilmədi və bu 30 ildə separatçı və işğalcıya verdiyi dəstəyi davam etdirmək üçün yenidən Azərbaycana qarşı eyni xislət üzərində fərqli bəhanələr gətirərək öz çirkin planları orbitində hərəkət edirlər".

Ekspert deyib ki, biz Qarabağla bağlı Qərbin yürütdüyü siyasəti görmüşük və bu səbəbdən bundan sonra da onların əsla obyektiv olmaları inandırıcı deyil:

"Bu səbəbdən Qərbin ölkəmizə qarşı apardığı bundan sonrakı dövrdəki siyasəti də öncəki siyasətinin davamı kimi qəbul edilməlidir".

Anar Əliyev
Xəbəri paylaş