Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanla Pakistan arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanla Pakistan arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə edilib


Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri davam edir.

Bu barədə Newscenter.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Müdafiə Nazirliyinin rəhbər heyəti Pakistan İslam Respublikasının Aviasiya Kompleksinin sədri, aviasiya vitse-marşalı Nadim Axtar Xan ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Pakistan arasında hərbi, hərbi-texniki və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Mehman Mehdiyev
Xəbəri paylaş