"Hər il 2 min uşağa şəkərli diabet diaqnozu qoyulur. Son məlumatlara görə, ölkəmizdə təxminən 20 min uşaq şəkərli diabet diaqnozu ilə müşahidə edilir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Türkiyənin uşaq sağlamlığı və Xəstəlikləri üzrə mütəxəssisi Büşra Süzen Celbek səsləndirib.
"Son məlumatlara görə, ölkəmizdə təxminən 20 min uşaq şəkərli diabet diaqnozu ilə izlənilir. Təbii ki, bu nisbət illər keçdikcə artır. "2-ci tip" şəkər xəstəliyinə tutulma hallarında artım müşahidə edə bilərik. xüsusilə piylənmənin artması ilə",-deyə mütəxəssis vurğulayıb.
Büşra Süzen Celbek deyib ki, 2-ci tip şəkərli diabet qarşısı alına bilən xəstəlikdir. Həkim diabetin əlamətlərindən də danışıb:
"Diabetin əlamətlərinə sürətli susuzluq, ağız quruluğu, gecə sidiyə getmə və kilo itkisi aiddir".
Mehman Mehdiyev