"Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, ittifaq diplomatiyasının rəhbəri Cozep Borrelin Brüsseldə Xarici Əlaqələr Şurasının iclasından sonra mətbuat konfransı zamanı ölkəmizi hədəf alan açıqlamalar səsləndirməsi və regionda mövcud reallıqları təhrif etməsi qəbuledilməzdir".
Newscenter-az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. Onun sözlərinə görə, ali qurum tərəfindən Ermənistanın 30 il ərzində Azərbaycan torpaqlarını işğal etməsinə lazımi qiymət verilməməsi, soyqırım, etnik təmizləmə faktlarının görməzdən gəlinməsi və bununla yanaşı ermənilərin müdafiəsinə qalxmaq qarşılaşdığımız növbəti ikili standartlar nümunəsidir:
"Təbii ki, Aİ Xarici Fəaliyyət Xidmətindən gözləntilər Ermənistanı beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməyə təşvik etmək və regionda gərginlik yaradacaq əməllərdən çəkindirmək olardı. Lakin biz bunun tamamilə əksini müşahidə edirik və son sərgilənən davranışlar onu deməyə əsas verir ki, qoca qitənin beyin mərkəzləri regionda sülhün və sabitliyin olmasında deyil, gərginliyin davam etməsində maraqlıdır. Aydındır ki, proseslərin mərkəzində hər zaman olduğu kimi eyni məqsədlər və eyni güclər dayanır və onlar separatizmi dəstəkləyir. Baxmayaraq ki, separtçı meyllər Avropanın gələcik varlığı üçündə təhddir. Ancaq məsələ Azərbaycan olduğunda işlər fərqli istiqamətə yönəlir. Təbii ki, Ermənistanı dəstəkləyən güclərin önündə Fransa qərarlaşır və rəsmi Parisin qitə miqyasında ələqələri kifayət qədər genişdir".
AVP rəsmisi deyib ki, Makron admistratsiyası Cənubi Qafqazda varlığını artırmaq üçün İrəvana dəstək nümayiş etdirir, özü ilə bərabər digər qüvvələri də bu istiqamətə cəlb edir:
"Fransanın iki dövlət arasında hərbi balansı pozmağa yönəlik addımları, Ermənistanı müdafiə adı altında silahlandırması, Bakı-İrəvan rəqabətini alovlandırmağa hesablanıb və onlar bunu düşmən tərəfdə mövcud revanşist meylləri nəzərə alaraq çox rahatlıqla həyata keçirir. Bilinir ki, səsləndirilən fikirlərin və atılan addımların ardında erməni sevgisindən daha çox Azərbaycana qarşı təzyiq mexanizmləri formalaşdırmaq və regionda olan maraqlarını daha rahat şəkildə həyata keçirmək dayanır".
Anar Əliyev