İsrailin Qəzzaya hücumu və günahsız fələstinlilərin qətliamı Avropa İttifaqını da ikiyə bölüb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Avropa Birliyinin Xarici Əlaqələr üzrə Ali Nümayəndə Josep Borrellin İsraili tənqid etməsi qurum daxilində heç də birmənalı qarşılanmayıb.
“Politico” jurnalının Qəzzadakı vəziyyətlə bağlı məqaləsində Borrel qeyri-peşəkar diplomat kimi xarakterizə edilib. Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqin də Borellə reaksiya verib. O, Borreli təşkilatın mövqeyinə sadiq qalmamaqda günahlandırb.
Borellin Qəzza ilə bağlı açıqlamalarını tənqid edənlər arasında İsraili dəstəkləyən ritorikasını davam etdirən AB Komissiyasının sədri alman əsilli Ursula von Der Leyen də var.
Qeyd edilib ki, Borrel sosial mediada Qəzzadakı vəziyyəti tənqid edib, bunun "beynəlxalq humanitar hüquqa zidd" olduğunu bəyan edib və "döyüş əməliyyatlarının dayandırılmasına" çağırıb.
Anar TAGİYEV