Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qırmızı bülletenlə axtarıla olan İŞİD üzvü Türkiyədə həbs edildi

Qırmızı bülletenlə axtarıla olan İŞİD üzvü Türkiyədə həbs edildi


İnterpol tərəfindən qırmızı bülletenlə axtarışda olan İŞİD üzvü Türkiyədə saxlanılıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, terrorçu Kırşehirdə ələ keçib.

Terrorla Mübarizə Şöbəsi qrupları, Baş Prokurorluq tərəfindən aparılan istintaq çərçivəsində müəyyən edilib ki, həbs edilən şəxs İraqda terror təşkilatı İŞİD-in yüksək səviyyəli komandirlərindən olub.

Terrorçunun ələ keçməməsi üçün müxtəlif ünvanlarda qaldığı, tez-tez yaşayış yeri dəyişdiyi məlum olub.

Mehman Mehdiyev
Xəbəri paylaş