Sentyabr ayında Türkiyədə istehsal olunan inək südünün miqdarında artım baş verib.
Newscenter.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən bildirir ki, Türkiyə daxilində toplanan inək südü miqdarı sentyabr ayında əvvəlki ilin eyni ayına görə 4,6 faiz artaraq 786 min 213 tona çatıb.
Cari ilin 9 ayında isə istehsal olunan inək südünün miqdarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz artaraq 7 milyon 715 min 318 tona çatıb.
Nərgiz Əzizova