Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə torpaq sürüşməsi olub

Türkiyədə torpaq sürüşməsi olub


Türkiyədə torpaq sürüşməsi baş verib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Kocaelidə qeydə alınıb. Kocaelinin İzmit rayonunda güclü yağış nəticəsində baş verən torpaq sürüşməsi tikinti sahəsinin istinad divarını uçurub. Dərhal hadisə yerinə gələn polis qrupları ərazidə təhlükəsizlik tədbirləri görərək yolu nəqliyyatın hərəkəti üçün qapadıb.

Kocaeli valisi Seddar Yavuz sosial media hesabından etdiyi paylaşımda vəziyyətin nəzarət altında olduğunu bildirib və təmsil etdiyi qurumun lazımı tədbirlər gördüyünü vurğulayıb.

Anar TAGİYEV
Xəbəri paylaş