Cari ilin 10 ayında Türkiyədə meyvə ixracı 2,6 milyard dolları keçib. Bu göstərici 2021-ci ildə qeydə alınan rekordu da keçib.
Newscenter.az Meyvə və Tərəvəz İxracatçıları Birliyinə istinadən xəbər verir ki, meyvə-tərəvəz ixracatı oktyabr ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 31 faiz artaraq 314 milyon dollara çatıb.
Məlumata görə, oktyabr ayında limon, naringi və pomidorun qiyməti ən yüksək həddə çatıb. Bu dövrdə ən çox ixrac Rusiya, İraq və Almaniyaya olub.
Nərgiz Əzizova