Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Amerika İsrail-Fələstin münaqişəsinin digər regionlara yayılmasını istəyir

Amerika İsrail-Fələstin münaqişəsinin digər regionlara yayılmasını istəyir


“Amerika İsrail-Fələstin böhranının dogər regionlara da yayılmasını istəyir və bunda maraqlıdır”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov səsləndirib. İsrail-Fələstin məsələsi ilə bağlı Rusiyanın təkliflərinin ABŞ tərəfindən rədd edildiyini vurğulayan Lavrov "Vaşinqton praktik olaraq İsrailin qolunu bağlamaq istəmir. Göründüyü kimi, ABŞ heç bir şeyə hazır deyil",-deyə bildirib.

İran və Livanın böhrana qarışmaq istəmədiyini ifadə edən Lavrov, "Mən görürəm ki, nə İran, nə də başqa bir ölkə regionda genişmiqyaslı müharibə istəmir",-deyə sözlərinə əlavə edib.


Anar TAGİYEV
Xəbəri paylaş