Türkiyənin Ege Universitetində "Azərbaycanın Qarabağ bölgəsində tarixi Alban abidələri" mövzusunda konfrans keçirilib.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Dünya Azərbaycanlıları Konqresinin sədri Asif Qurban verib. Bildirib ki, İzmir Ege Universitetinin Türk Dünyası Araşdırmalar İnstitutunun təşkil etdiyi konfransda Qarabağdakı Alban abidələrindən, bu abidələrin işğal dövründə vandalizmə məruz qalması, eləcə də Qarabağın işğaldan azad edilməsindən sonra tarixi-mədəni abidələrin bərpası istiqamətində görülən işlərdən danışılıb.
Qeyd edək ki, konfransda Türkiyə və Azərbaycandan olan alimlər iştirak ediblər.
Anar Əliyev