Birləşmiş Ştatların sanksiyalarına baxmayaraq Çin İrandan rekord miqdarda neft idxal edir.
Newscenter.az İRNA-ya istinadən bildirir ki, Çin dünyanın ən böyük xam neft idxalçısı və İranın ən böyük alıcısıdır.
Məlumata görə, 2023-cü ilin ilk 10 ayında Çin gündəlik orta hesabla 1,05 milyon barel İran nefti alıb, Bu göstərici 2017-ci ildən bəri qeydə alınan ən böyük neft satışından belə 60% çoxdur.
Qeyd edək ki, 2021-ci ildən bəri Vaşinqton İranın neft və neft-kimya sektorları ilə əlaqəli 180-dən çox fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.
Anar TAGİYEV