Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyaya səfər edəcək.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Türkiyə liderinin Almaniya səfəri noyabrın 17-də baş tutacaq. Səfər zamanı Rəcəb Tayyib Ərdoğan Almaniyanın kansleri Olaf Şolz başda olmaqla bir sıra rəsmi şəxslərlə görüşlər keçirəcək.
Ərdoğanın alman kansleri ilə görüşündə əsas müzakirə mövzusu Qəzzadakı vəziyyət olacaq. Həmçinin, liderlər iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində də fikir mübadiləsi aparacaqlar.
Anar TAGİYEV