Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın KTMT-dən çıxması prinsip etibarilə mümkün ola bilər

Ermənistanın KTMT-dən çıxması prinsip etibarilə mümkün ola bilər


"Ermənistan hesab edir ki, Rusiya onu Azərbaycanla müharibədə müdafiə etməyib və o da Rusiyaya bunun bədəlini ödətməlidir. Bunun üçün isə indi də Qərbin adından hansısa ölkə onu qorumalıdır. Bu durumda bu ölkə Fransadır. KTMT-dən çıxmaq fikri isə əslində heç nəyi dəyişmir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov Ermənistanın KTMT-dən çıxma mümkünlüyü barədə danışarkən səsləndirib. O deyib ki, KTMT zatən Ermənistanı qorumadı, yəni faktiki olaraq yox kimidir:

"Bunun yerinə isə hansısa qurum və ya ölkənin gəlib Ermənistanı qoruyacağı fikri də cəfəngiyyatdan başqa bir şey deyildir. Bu sadəcə görüntü xatirinə edilən cəhdlərdir. NATO-nun Ermənistanda yerləşməsi nə qədər utopik fikirdirsə, Rusiyanın da buna laqeyd baxacağı bir o qədər utopik xəyallardır".

Politoloq qeyd edib ki, Ermənistanın KTMT-dən çıxması prinsip etibarilə mümkün ola bilər:

"Amma Rusiya hərbi bazasının Ermənistandan çıxarılması mümkün olan şey deyil. Rusiya bunun qarşısını almaq üçün Ermənistanı dövlət kimi yox edər, amma oradan çıxmaz. Rusiyaya ərazi lazımdır. Rusiya ən yaxşı halda özünə lazım olan ərazini ələ keçirər, Ermənistanı da indiki ərazisindəki bir küncə sıxışdırar".

Anar Əliyev
Xəbəri paylaş