"İsrail-HƏMAS müharibəsi uzandıqca və müharibənin şiddəti artdıqca beynəlxalq ictimaiyyətin narahatlığı da artmaqdadır. İsraili Ordusunun başlatdığı hərbi əməliyyatda humanitar qanunları bəzən pozması, mülki obyektlərin və şəxslərin hədəfə alınması əks effekt verir. Dünyanın müxtəlif ölkələrində, hətta ABŞ-da kütləvi etiraz aksiyaları keçirilməklə qanın durdurulması tələb olunur".
Newscenter.az xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. O bildirib ki, HƏMAS-a görə bütünlükdə Fələstin xalqından qisas alınması və ağır cəzalandırılması təbii olaraq etiraz doğurmaya bilməzdi:
"Bu etirazların da sonluğu dünyada yəhüdilərə qarşı antisemitizm əhval-ruhiyyəsinin yenidən başlanmasına, hətta Fransa və Amaniyada güclənməsinə səbəb oldu. Bildiyiniz kimi Almaniyada radikal millətçilər yəhudilərə nifrət bəsləyirlər. Alman höküməti qadağan etməsinə baxmayaraq neofaşits düşüncəli gənclərin cərgəsi genişlənməkdədir. İstail ordusunun Qəzzada həyata keçirdiyi hərbi əmiliyyatlarda dünya ictimaiyyətinin qınağına məhəl qoymaması, eləcə də minlərlə insanın, xüsusən də uşaqların ölümünə səbəb olması atisemitizmi körükləyir".
AMİP funksioneri deyib ki, bu təkcə Almaniyada və Fransada müşahidə edilmir:
"Avropanın bir sıra ölkələrində də yəhudilər özlərini təhlükəsiz hiss etmir. Məncə, müharibənin qarşısı alınmasa və razılaşma əldə edilməsə ikinci dünya müharibəsindən sonra yəhudilər ən böyük diskiriminasiya ilə üz-üzə qala bilərlər. Odur ki, müharibənin uzanması İssrail dövləti üçün də əlavə problemlər yaradır".
Anar Əliyev