İsrail HƏMAS-ın 3 günlük atəşkəs və əsir mübadiləsini nəzərdə tutan təklifini rədd edib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, HƏMAS təklif çərçivəsində 50 israilli girovun azad edilməsi müqabilində Qəzzada döyüşlərə 3 günlük fasilə verilməsini və İsrail həbsxanalarında olan fələstinli qadın və uşaqların azad edilməsini təklif edib.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS-ın İsrailə raket hücumu nəticəsində 310-dan çox əsgər olmaqla 1200 israillinin öldüyü, 5132 nəfərin yaralandığı bildirilir. İsrailin oktyabrın 7-dən Qəzzada həyata keçirdiyi hücumlarda isə 4 min 650-si uşaq, 3 min 145-i qadın olmaqla 11 min 320 nəfər həlak olub.
Anar TAGİYEV