İtalyanın güclü klublarından olan "Latsio" türkiyəli futbolçu ilə maraqlanır.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, klub yay transfer dövründə hazırda "Qalatasaray"da oynayan Barış Alper Yılmazı komandaya qatmaq istəyir. Məlumata görə, italyan klubunun rəhbəliyi bu məqsədlə sarı-qırmızılarla danışıqlar da aparıb. "Latsio"nun baş məşqçisi Mauritsio Sarrinin 23 yaşlı Barış Alper Yılmaz üçün 7 milyon avro təklif etdiyi bildirilir.
Qeyd edək ki, Barış Alper Yılmazın "Qalatasaray"la 2027-ci ilə qədər müqaviləsi var.
Oruc Niyazov