Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərb Qafqazda niyə ermənipərəst siyasət aparır?

Qərb Qafqazda niyə ermənipərəst siyasət aparır?


Qərb, Avropa açıq-aşkar Ermənistanı müdafiə etmək, onu yenidən regionda sabitliyi pozmaq kimi fəaliyyətlərə üstünlük verir. Bütün bunlar isə İrəvanı müharibə ritorikasından çıxış etməyə həvəsləndirir. Bəs görəsən Qərb bununla regionda nəyə nail olmaq istəyir?

Newscenter.az-ın xəbərinə görə, QAFSAM-ın sədr müavini Nazim Cəfərsoy hesab edir ki, ABŞ və Fransadakı erməni diasporası seçkilərdəki imkânlarını nəzərə alaraq Bayden və Makron adminstrasiyaları üzərindən Azərbaycan-Ermənistan arasında sülh müzakirələrini maksimum sabotaj edir:

"Bu işdə ilk darda qoyduqları və maliyyət ödəyəcək şəxs isə Paşinyandır. Belə ki, bir yandan "qorxma yanındayıq" deyə Paşinyana qaz verərək onu Rusiyanın önünə atırlar, digər yandan isə Paşinyan hakimiyyətinin vəziyyəti daha da gərginləşməsini təşviq edirlər. Ermeni diasporasının bunu etməsinin ilk səbəbi mövcud sülhü istəməyən radikal şovinist təfəkkürə malik olmasıdır. İkinci səbəb isə hələ sovet dövründən bu yana Qərbdəki erməni diasporu içində Rusiya dövlətinin yönləndirici təsir gücüdür. Ümumilikdə Paşinyandan nifrət edən bu təbəqə Rusiyanı təhrik edərək onu Moskvanın əliylə məhv edərək prosesi sabotaj etməyə çalışır".

Nazim Cəfərsoy deyib ki, bugünkü qlobal, regional, ikitərəfli və daxili amillər nəzərə alındığında Ermənistan-Rusiya münasibətlərində kontrollü gərginlik Azərbaycan və Türkiyəyə sərf edir:

"Ancaq bu gərginlik kontroldan çıxsa və Ermənistanda Paşinyan hakimiyyətinə qarşı qeyri-legitim daxili və xarici müdaxiləyə səbəb olsa bu Azərbaycan və Türkiyə baxımından arzu edilməz və Qafqazda normallaşmanı məhv edəcək bir hadisə olar".

Anar Əliyev
Xəbəri paylaş