Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya-Türkiyə əlaqələri müzakirə edilib

Rusiya-Türkiyə əlaqələri müzakirə edilib


Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Kurtulmuş Rusiyanın bu ölkədəki səfiri Aleksey Yerhovu qəbul edib.

Newscenter.az TBMM-yə istinadən bildirir ki, görüş zamanı Numan Kurtulmuş Türkiyə və Rusiyanın iki qonşu ölkə olaraq bir çox sahədə güclü əməkdaşlıq etdiyini, bölgədəki münaqişələrin həllində iki ölkənin sıx əməkdaşlığının zəruri olduğunu vurğulayıb.

Görüşdə Taxın Şərqdəki vəziyyət, İsrailin Qəzzaya hücumları ətrafında da fikir mübadiləsi aparılıb.

İsrailin bu hücumlarının az qala soyqırım olduğunu bildirən Kurtulmuş, başda ABŞ olmaqla, Qərb ölkələrinin əhəmiyyətli bir hissəsinin İsrailin arxasında durduğunu və onu təşviq etdiyini vurğulayıb.

Anar TAGİYEV
Xəbəri paylaş