Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

TBMM qərar verdi, Türkiyə hərbiçilərinin Azərbaycandakı fəaliyyət müddəti 1 il uzadıldı

TBMM qərar verdi, Türkiyə hərbiçilərinin Azərbaycandakı fəaliyyət müddəti 1 il uzadıldı


Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı vəzifə müddətinin daha bir il uzadılması ilə bağlı sənəd Türkiyə Böyük Millət Məclisində qəbul edilib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, sənəddə Azərbaycan, Ermənistan və Rusiyanın 9 noyabr 2020-ci il tarixində imzaladığı Üçtərəfli Bəyannamədə nəzərdə tutulan fəaliyyətlərin davam etdiyi vurğulanıb.

Bildirilib ki, Azərbaycana güclü dəstək verən Türkiyə bundan sonra da regionda sülhün və sabitliyin qorunub saxlanılması və möhkəmləndirilməsinə mühüm töhfələr verəcək.

Sənəddə həmçinin Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin də çalışdığı Rusiya ilə birgə qurulan Monitorinq Mərkəz vasitəsilə Türkiyənin bölgənin təhlükəsizliyinə və tərəflər arasında etimadın qurulmasına töhfə verdiyi vurğulanıb.

Anar TAGYEV
Xəbəri paylaş