Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YUNİSEF: "Qəzzada 4600 uşaq öldürülüb"

YUNİSEF: "Qəzzada 4600 uşaq öldürülüb"


Oktyabrın 7-dən bu günə qədər Qəzzada 4600-dən çox uşaq öldürülüb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, belə bir açıqlama ilə UNICEF-in icraçı direktoru Ketrin Rassel çıxış edib. O bildirilib ki, bu müddət ərzində həmçinin 9000 uşaq yaralanıb.

İcraçı direktor deyib ki, münaqişə tərəfləri uşaqlara qarşı ciddi pozuntular törədirlər. Bu sıraya öldürmə, yaralama, uşaqların girov götürülməsi, məktəblərə və xəstəxanalara hücumlar daxildir.

"Çoxlu sayda uşaq itkin düşüb və onların dağılmış bina və evlərin dağıntıları altında qaldığı güman edilir",-deyə Ketrin Rassel bildirib.

Anar TAGİYEV
Xəbəri paylaş