"2028-ci ildə 70 milyondan çox turistin Türkiyəyə gəlməsi nəzərdə tutulur. 2030-cu ilə qədər isə 100 milyard dollarlıq turizm hədəfimiz var".
Newscenter.az xəbər verir ki, bu fikirləri Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz səsləndirib.
Turizmin fərqli mədəniyyətləri tanımağa, yeni yerlər görməyə və başqa həyat tərzləri ilə tanış olmağa imkan verən bir sahə olduğunu deyən Yılmaz, turizmin verdiyi iqtisadi dəyərlə yanaşı, müxtəlif sahələrdə yeni əlaqələrin və işbirliklərinin inkişafına da qapı açdığını bildirib.
Turizmin cəmiyyətlərarası əlaqələri inkişaf etdirən bir sektor olduğunu deyən Yılmaz, son illərdə nəqliyyat və texnologiyada baş verən dəyişikliklərin sektora və istehlakçıların tələblərinə əhəmiyyətli dərəcədə təsir göstərdiyini, turizm sektorunun ən sürətlə inkişaf edən və genişlənən sektorlardan birinə çevrildiyini də deyib.
Natiq Orucov