Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ demokartiyanın beşiyini ermənilərə görə zibilləməsin

ABŞ demokartiyanın beşiyini ermənilərə görə zibilləməsin


"ABŞ Konqresinin Nümayəndələr Palatasında baş tutan dinləmələr Azərbsycan tərəfindən heç də təəccüblə qarşılanmadı. Bu, həmişəki ritorika və hadisələr idi. Dinləmənin olacağı deyiləndə məlum idi ki, ABŞ Konqresi yenə də Azərbaycan əleyhinə mövqedən çıxış edəcək".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, ABŞ Konqresnin bu qeyri-obyektiv hərəkəti ilə Azərbaycana nəyisə sübut etmək, ona cəza vermək üslubu istehza yaradır:

"Dünənə kimi ABŞ Konqresi guya Azərbaycanın yanında idi ki, indi fərqli mövqe görəndə bu, Azərbaycanın gözündə ABŞ-ın demokratik imicini alt-üst etsin. Azərbaycan ABŞ-dan həmişə eyni münasibəti görüb. İşğala məruz qalan olduğu halda ABŞ Azərbaycana 907-ci düzəlişlə sanksiya tətbiq edib. Bu, ABŞ-ın əsl üzüdür".

Azər Qasımov "Azərbaycan ABŞ-ın necə idarə olunduğunu yaxşı bilir. ABŞ dövlətdən çox, lobbilər və pul tərəfindən idarə olunur. Bu da ABŞ-ın demokratik imicinə zərbə vurur",-deyərək bildirb ki, Azərbaycan ABŞ tərəfindən eyni münasibəti dəfələrlə gördüyü üçün belə münasibəti özünə qarşı qərəz hesab edir və ABŞ dövlətindən bunun səbəbini soruşmaq hüququnu özündə saxlayır:

"Azərbaycan tək ABŞ yox, bütün ermənipərəst dünyanı qarşısına alıb, onlara rəğmən öz torpaqlarını işğaldan azad edən ölkədir. Odur ki, ABŞ Konqresinin bu hərəkətinə görə, Azərbaycan məsləhət görür ki, ABŞ kimi demokratiyanın beşiyini ermənilərə görə zibilləməsin. Sonra təmizlənməsi mümkün olmayan üfunət iyi uzun zaman konqresdən getməyəcək".

Anar Əliyev
Xəbəri paylaş