Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Amerika müsəlmanları Baydeni Qəzzada xəstəxanaya hücumu təsdiqləməkdə ittiham edirlər

Amerika müsəlmanları Baydeni Qəzzada xəstəxanaya hücumu təsdiqləməkdə ittiham edirlər



Amerika İslam Əlaqələri Şurası (CAIR) Qəzza zolağının ən böyük xəstəxanası olan Əl-Şifaya hücumun İsrail tərəfindən ABŞ prezidenti Co Baydenin icazəsi ilə həyata keçirildiyini bildirib.

Newscenter.az xəbər verir ki, CAIR-in müvafiq bəyanatı təşkilatın saytında dərc olunub.

"Hökumətimiz İsrailə bəşəriyyətə qarşı bu son cinayətə yaşıl işıq yandırdı", - CAIR Milli Kommunikasiyalar Direktoru İbrahim Xuper deyib.

O, xəstəxana ərazisində gedən döyüşləri insan haqlarının pozulması kimi pisləyib və ABŞ-ı İsrailə dəstəyini dayandırmağa və Fələstində davamlı və ədalətli sülhün bərqərar olmasının tərəfdarı olmağa çağırıb.

Noyabrın 16-da səhər saatlarında “Əl-Cəzirə” xəbər verib ki, İsrail ordusu Qəzzada Əl-Şifa xəstəxanasının bütün şöbələrinə basqın edir və insanların binadan çıxarılmasına mane olur. Ordu xəstəxanada silah və HƏMAS komandanlığının aşkarlandığını bildirib.

Anar TAGİYEV
Xəbəri paylaş