Radikal HƏMAS qruplaşması İsrail vətəndaşlarına hücum etmək imkanını itirdikdə İsrail Qəzza zolağındakı əməliyyatını dayandıracaq.
Newscenter.az “The Hill”ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Cozef Bayden bildirib.
Amerika liderinin sözlərinə görə, HƏMAS oktyabrın 7-də olduğu kimi yenidən İsrailə hücum etmək niyyətindədir.
“Beləliklə, onların (israillilərin) dayanıb heç nə etməyəcəkləri fikri real deyil”, - Bayden deyib.
Bundan əvvəl İsrail Prezidenti İshak Hersoq fələstinlilərin ölümündən təəssüfləndiyini, lakin israillilərin müdafiəsini daha vacib hesab etdiyini bildirib.
Siyasətçi HƏMAS-a qarşı müharibənin əsas səbəbini də açıqlayıb. Onun sözlərinə görə, Fələstin radikal hərəkatı girovlar barədə heç bir məlumat verməyib, ona görə də İsrail Müdafiə Qüvvələri əsirləri azad etmək üçün mübarizə aparmalıdır.
Anar TAGİYEV