"Bu il ərzində 40 mindən çox insan əlillik təyinatı alıb. Onlardan 4 mindən çoxu müharibə əlilliyi olan şəxslərdir".
Newscenter-az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda 65 min nəfər ünvanlı sosial yardım alır: “İşsiz insanlara bu yardımı versək, onda həmin şəxslər ancaq evdə oturacaq. Ona görə də alternativ məşğulluq xidmətlərinə baxmaq lazımdır. Hazırda məşğulluq sahəsinin 10-dan çox istiqaməti nəzərdən keçirilir" (report)