2023/2024-cü məhsul ili üzrə qlobal buğda istehsalının 2022/2023-cü ilə nəzərən 7 milyon ton azalaraq 782 milyon ton olacağı proqnozlaşdırılır.
Newscenter.az xəbər verir ki, bu göstərici Aqrar Tədqiqatlar Mərkəzinin kənd təsərrüfatı və ərzaq məhsulları üzrə dünya bazar konyukturasına dair icmalında əksini tapıb.
Qeyd edilib ki, məcmu təklifin həcm göstəricisinin 2022/2023-cü məhsul ili ilə müqayisədə 10 milyon ton azalaraq 1052 milyon ton olacağı proqnozlaşdırılır.
Qlobal buğda ehtiyatları həcminin 2022/2023-cü məhsul ili ilə də müqayisədə 2023/2024-cü məhsul ilində 4.1% azalacağı və 259 milyon tona enəcəyi gözlənilir. Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 33% səviyyəsində olacaq.
Nərgiz Əzizova