Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizəçisi ölkə parlamentində çıxışı zamanı dövlət başçısını arının hücumundan qoruyub.
Newscenter.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Bununla bağlı görüntülərdə Ərdoğanın pencəyinə arının qonduğunu görən və onu dərhal zərərsizləşdirən dövlət başçısının cangüdəninin ildırım sürəti ilə reaksiyası əks olunub. Proses beş saniyədən çox çəkməyib və dövlət başçısının fikri belə yayınmayıb.
Baş vermiş hadisə ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:
https://t.me/rian_ru/221643
Anar TAGİYEV