Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar EkoAvrasiya Vəqfinin nümayəndə heyətini qəbul edib.
Newscenter.az EkoAvrasiyanın İdarə Heyətinin sədri Hikmet Erene istinadən bildirir ki, qəbul zamanı Şimlai Kipr prezidenti Ersin Tatar Kipr probleminin həlli istiqamətində mövcud olan hazırkı durum barədə qonaqları məlumatlandırıb. O, Türkiyə Cümhuriyyətinin dəstəyi ilə Kiprdə iki bərabər suveren dövlət arasında əməkdaşlığa əsaslanan saziş üzərində çalışdıqlarını bildirib.
Prezident Tatar, Kipr türklərinin mövcudluğunun və təhlükəsizliyinin qarantı Türkiyənin Kiprdə əsgərlərinin olmasından qaynaqlandığını diqqətə çatdıraraq, 1974-cü ildə müdaxilə edilmədiyi təqdirdə Kiprin tamamilə Yunan adasına çevriləcəyini diqqətə çatdırıb.
EkoAvrasiyanın İdarə Heyətinin sədri Hikmet Eren nümayəndə heyətinin 15 noyabr Respublika Günü şənlikləri və Kipr Türk Tarix-Mədəniyyət və Milli Mübarizə Muzeyinin açılışı üçün Şimali Kiprdə olduğundan məmnunluq hissi keçirdiyini diqqətə çatdırıb.
EkoAvrasiya Fondunun prezidenti Hikmet Eren muzeyin tikintisinə verdiyi töhfəyə görə EkoEurasiya Fondunun vitse-prezidenti Kemal Kurnaz, Şimali Kipr prezidentinin kənd təsərrüfatı, heyvandarlıq və sahibkarlıq məsələləri üzrə müşaviri Ahmet Hamdi, Şimali Kiprin vitse-prezidenti Hamit Soybir və memar Alper Çınara təşəkkür edib.
Anar Əliyev