Türkiyədə ətraf mühiti çirkləndirən obyektlərə və dəniz gəmilərinə qarşı 950 milyon lirəlik cəriəmə yazılıb.
Newscenter.az bu ölkənin Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinə istinadən bildirir ki, cari ilin doqquz ayında Türkiyə daxilində 67 min 381 ekoloji yoxlama aparılıb. Nəticədə ətraf mühiti çirkləndirən 4 min 317 obyekt və 25 dəniz gəmisinə cərimə tətbiq olunub.
Sözügedən dövrdə ətraf mühiti çirkləndirilməsi ilə bağlı nazirlik qanunu pozan 267 müəssisənin də fəaliyyətinə xitam verib.
Nazirlikdən o da bildirilib ki, dənizə atılan tullantıların qarşısının alınması və təmizlənməsi səyləri çərçivəsində 2019-cu ildən indiyədək 185 min ton dəniz zibilliyi toplanaraq zərərsizləşdirilib.
Mehman Mehdiyev