Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransanın ümummilli liderinin nəvəsi ölkəsini bəyənməyib Rusiya vətəndaşı olmaq istəyir

Fransanın ümummilli liderinin nəvəsi ölkəsini bəyənməyib Rusiya vətəndaşı olmaq istəyir


Fransanın Beşinci Respublikasının qurucusu, ölkənin ümummilli lideri, general Şarl de Qollun nəvəsi Pyer de Qoll Rusiya vətəndaşlığını almaq imkanını nəzərdən keçirdiyini bildirib.

Bu barədə Newscenter.az TASS-a istinadən xəbər verir.

Pyer de Qoll noyabrın 16-18-də Sankt-Peterburqda keçirilən Birləşmiş Mədəniyyətlər Forumu çərçivəsində öz niyyətindən danışıb.

"Rusiya vətəndaşlığını almaq mənim üçün şərəf olardı" deyən fransalı generalın nəvəsi müvafiq suala cavab verib.
Yanvarda Pyer de Qoll bəyan edib ki, Fransanın Rusiya mediası ilə bağlı mövqeyi demokratiyanın əsaslarına ziddir. O qeyd edib ki, respublika demokratik dövlətdir, ona görə də ölkədəki bütün fikirlər mənasından asılı olmayaraq, azad şəkildə ifadə edilməlidir.

Bu ilin sentyabrında məlum olub ki, de Qoll Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurasının (İHŞ) dil imtahanından keçə bilmədiyi üçün Latviyadan çıxarılmalı olan Rusiya vətəndaşlarının müdafiəsi ilə bağlı müraciəti imzalayıb.


Anar Tağıyev
Xəbəri paylaş