Fələstinin HƏMAS radikal hərəkatının lideri Yəhya Sinvar bildirib ki, İsrailin Müdafiə Ordusu Qəzza zolağında Əl-Şifa xəstəxanasını bombaladığı bildiriləndən sonra bu ölkənin nümayəndələri ilə danışıqlara başlamaq istəmir.
Newscenter.az xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” qəzeti məlumat yayıb.
Qeyd edək ki, nəşr İsrailin Mossad kəşfiyyat xidmətinin rəhbəri David Barneanın girovların azad edilməsi ilə bağlı Həmas nümayəndələri ilə danışıqlar aparmaq üçün yaxın vaxtlarda Qətərə səfər etməyi planlaşdırdığını bildirib.
Qeyd olunur ki, Sinvar noyabrın 16-da qəflətən Qətərdən olan vasitələrlə danışıqları dayandırıb və İsrail hərbçilərinin Əl-Şifada olduğu müddətdə danışıqları davam etdirməyəcəyini bəyan edib. HƏMAS hələlik bu məlumatı rəsmi şərh etməyib.
Nəşr onu da qeyd edib ki, tərəflər razılaşarsa, HƏMAS bir neçə gün ərzində girovları hissə-hissə azad edə biləcək.
Anar TAGİYEV