Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İmişlidə avtomobil ehtiyat hissələri mağazasından oğurluq edən şəxs saxlanılıb

İmişlidə avtomobil ehtiyat hissələri mağazasından oğurluq edən şəxs saxlanılıb


DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 28-də rayon ərazisində yerləşən avtomobil ehtiyat hissələri satılan mağazalarının birindən oğurluq etməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ağası Rəsulov saxlanılıb.

Dindirilmə zamanı həmin şəxs qeyd edilən mağazaya qanunsuz daxil olduğunu və orada 2000 manat pul oğurladığını etiraf edib.

Faktla bağlı İmişli RPŞ-də cinayət işi açılıb, A.Rəsulov barəsində həbs qətimkan tədbiri seçilib. Onun digər analoji cinayət hadisələrində iştirakının olub-olmaması araşdırılır.

Mehman Mehdiyev
Xəbəri paylaş