Keçən ay Türkiyədə 93 min 761 ev satılıb.
Newscenter.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən bildirir ki, Türkiyə daxilində mənzil satışları oktyabr ayında bir əvvəlki ilin eyni ayına görə 8,7 faiz azalaraq 93761-ə düşüb.
Mənzil satışlarında ən yüksək pay 14 min 941 ev satışı və 15,9 faiz ilə İstanbul olub. Satış rəqəmlərinə görə İstanbulu 7 min 394 ev satışı və 7,9 faiz payla Ankara, 5 min 192 ev satışı və 5,5 faiz payla İzmir izləyib.
Ev satışının ən az olduğu bölgələr 40 evlə Hakkari, 43 evlə Ardahan və 80 evlə Bayburt olub.
Nərgiz Əzizova