Kollektiv Təhlükəsi Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargahının rəisi Anatoli Sidorov bildirib ki, Ermənistan qurumdan çıxmaqla bağlı KTMT ilə rəsmi əlaqə saxlamayıb.
Bu barədə Newscenter.az xarici mətbuata istinadən xəbər verir.
"Ermənistan rəhbərliyindən təşkilata heç bir rəsmi açıqlama verilməyib. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması ilə bağlı heç bir açıqlama verilməyib. Bununla bağlı heç bir sənəd olmayıb, şəxsən mən görməmişəm", - Sidorov deyib.
“Düşünürəm ki, bizim müdrik dövlət başçılarımız Ermənistan Respublikasının üzləşdiyi çətinlikləri həll etmək üçün bir yol tapacaqlar”, - KTMT-nin Birləşmiş Qərargah rəisi bildirib.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-nin qarşıdan gələn sessiyasını boykot edib. Sessiya Belarusda keçiriləcək.
Yerevan rəsmiləri KTMT-ni 2021 və 2022-ci illərdə Azərbaycanla hərbi əməliyyatlarda Ermənistana hərbi yardım göstərməməkdə ittiham ediblər. Ermənistan həmin vaxt KTMT-dən kömək istəmişdi.
KTMT-yə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.
Anar TAGİYEV