İqtisadiyyat naziri Mikayıl Cabbarov və Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad arasında videokonfrans formatında görüş keçirilib.
Newscenter.az-a nazirlikdən bildirilib ki, görüşdə Azərbaycan-Macarıstan əlaqələrinin inkişaf etdiyi, qarşılıqlı səfərlərin və keçirilmiş tədbirlərin iqtisadi tərəfdaşlığın genişlənməsində mühüm rolu vurğulanıb.
Tərəflər ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin hazırkı vəziyyəti və qarşılıqlı ticarət-investisiya əməkdaşlığının inkişaf vektorları barədə fikir mübadiləsi aparıblar.
R.Mehdiyeva
.