2023-cü ilin may ayından mal ətinin dünya bazar qiymətində müşahidə olunan azalma sentyabr ayından artım ilə əvəz olunub.
Newscenter.az Aqrar Tədqiqatlar Mərkəzinin kənd təsərrüfatı və ərzaq məhsulları üzrə dünya bazar konyukturasına dair icmalına istinadən bildirir ki, oktyabr ayında ətin 1 kiloqramının qiyməti əvvəlki aya nisbətən 0.3% artaraq 5.2 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Avropa bazarında aprel ayında özünün ən yüksək həddinə çatan qoyun ətinin qiymətində azalma avqust ayına qədər davam edib. Oktyabr ayında qoyun ətinin 1 kiloqramının orta qiyməti əvvəlki aya nisbətən 3.3% artaraq 7.9ABŞ dolları səviyyəsində olub.
Nərgiz Əzizova