“Son 20 ildə ölkəmizə gələn xarici turistlərin sayı 3,4 dəfə artıb”. Newscenter.az xəbər verir ki, bu fikirləri Türkyənin vitse-prezidenti Cevdet Yılmaz səsləndirib.
O bildirib ki, nəticədə Türkiyəyə gələn xarici turistlərin sayı 51,4 milyon nəfərə çatıb:
“2022-ci ildə 50 milyon turist həddini keçdik”.
Cevdet Yılmaz “2017-ci ilin sonunda turizmdə adambaşına düşən gecəlik gəlir cəmi 65 dollar idi və 2022-ci ildə bu rəqəm 89 dollara yüksəlib. 2023-cü ildə isə göstərici 100 dollara çatacaq. Bu o deməkdir ki, Türkiyədə artıq çox daha yüksək əlavə dəyərə malik bir turizm sektoru var. İnşallah, daha yüksək rəqəmlər görəcəyik”,-deyə bildirib.
Natiq Orucov