“Son 10 ildə Azərbaycanın müdafiə xərcləri Ermənistanınkından 3 dəfə çox olub və indi də belə olmaqda davam edir”.
Newscenter.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O, qeyd edib ki, Ermənistanın 2024-cü il müdafiə büdcəsində 7 faizlik artım qonşu ölkələrə və xüsusən də Azərbaycana qarşı yönəlməyib.
"Bu, müharibəyə deyil, sülhə hazırlıqdır, çünki vətəndaşların təhlükəsizlik hissi sülhün və sabitliyin ən mühüm təminatıdır. Əminəm ki, bütün qonşu dövlətlərimiz əmindirlər ki, biz heç kimə hücum etməyəcəyik”, - Paşinyan qeyd edib.
Anar TAGIYEV