Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyada daha bir quldar və qullar aşkarlanıb

Rusiyada daha bir quldar və qullar aşkarlanıb


Rusiyada daha bir quldar və qul aşkarlanıb.

Bu barədə Newscenter.az yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, Xakasiya Respublikasında 47 yaşlı yerli sakin kişi və qadını qanunsuz olaraq saxlayıb onların əməyindən istifadə etməkdə şübhəli bilinir. Onun barəsində “Zərərçəkmiş şəxslərin şəxsiyyətini təsdiq edən sənədləri ələ keçirmək və ya gizlətməklə şantaj, zor tətbiq etməklə və ya ondan istifadə hədəsi ilə iki və daha çox şəxsə münasibətdə qul əməyindən istifadə etmə” maddəsi ilə cinayət işi açılıb.

Rusiya İstintaq Komitəsinin Krasnoyarsk diyarı və Xakasiya Respublikası üzrə İstintaq İdarəsinin mətbuat xidməti məlumatı təsdiqləyib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, 2016-cı ildə Çarkov kəndindən 20 km aralıda ferma sahibi olan şübhəli şəxs qeyri-sosial həyat tərzi keçirən kişi və qadını işə götürüb. İşəgötürən onlara fermasında müxtəlif işlərin görülməsinə görə müntəzəm maaş vəd edib. Kişi və qadın fermada gündə 16 saat işləyiblər, həmin şəxs itaətsizliklərinə görə şübhəli onları döyərək zirzəmiyə bağlayıb, zərərçəkənlər işlərinə görə heç nə almayıblar.
“İşçilər dəfələrlə qaçmağa cəhd ediblər, lakin fermanın məskunlaşan yerlərdən uzaq olması səbəbindən şübhəli şəxs kişi və qadını geri qaytarıb. Qul əməyindən istifadə 7 il davam edib”, - İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, bu, Rusiyada son vaxtlar rast gəlinən növbəti hadisədir. Belə ki, sentyabrda Rostov vilayətində də iki qardaşın qul əməyindən istifadəsi faktları aşkarlanıb.

Anar TAGİYEV
Xəbəri paylaş