Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə 3 000 il əvvəl mövcud olmuş gizli dilə aid yazılar tapılıb

Türkiyədə 3 000 il əvvəl mövcud olmuş gizli dilə aid yazılar tapılıb


Türkiyədə arxeoloqlar naməlum qədim dildə yazılar aşkar ediblər.

Newscenter.az xəbər verir ki, bu barədə “Science Alert” məlumat yayıb.

Onun 3 min il əvvəl mövcud olduğu güman edilir.

Gizli mətn eramızdan əvvəl II minillikdə Hitit imperiyası dövründə yazılmış on minlərlə digər qədim gil lövhələr arasında lövhədə tapılıb.

Mütəxəssislər bu əsrarəngiz dilin Yaxın Şərqdə tapılan hər hansı digər qədim yazı dilinə bənzəmədiyini, lakin digər Anadolu-Hind-Avropa dilləri ilə ortaq köklərə malik olduğunu deyirlər.

Arxeoloji qazıntıların rəhbəri Andreas Şaxnerin sözlərinə görə, lövhəni ilk dəfə əlində tutanda onun bütün əhəmiyyətini hiss edib. Xüsusilə, o, gil lövhənin qədim Hitit krallığının paytaxtında eyni yerdə tapılan 25 000-dən çox digər lövhə ilə müqayisədə olduqca yaxşı qorunduğunu qeyd edib.

Anar TAGİYEV
Xəbəri paylaş