Türkiyədə növbəti dəfə avtobus qəzası baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Qaziantepin Yavuzeli rayonunda qeydə alınıb. Belə ki, hərəkətdə olan mikroavtobusun aşması nəticəsində 18 nəfər xəsarət alıb.
Dərhal hadisə yerinə xilasedicilər və tibb heyəti cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Mehman Mehdiyev