Türkiyədə vətəndaşları yalançı "Noyabr endirimləri" reklamları ilə aldadanlar 2,7 milyon lirə cərimə edilib.
Newscenter.az Türkiyənin Reklam Şurasına istinadən bildirir ki, qurumun iclasında ümumilikdə edilən 176 reklamdan 153-nün qanunvericiliyə zidd olduğu müəyyən edilib. Nəticədə, reklam və kommersiya fəaliyyətlərinin qadağan edilməsi cəzası ilə birlikdə ümumilikdə 16,7 milyon türk lirəsi inzibati cərimə tətbiq olunub.
Cari ilin ilk 11 ayında isə qurumun İdarə Heyəti ümumilikdə 1838 hal üzrə rəy və qiymətləndirmə aparıb və 1623 hadisədə ümumilikdə 92,5 milyon TL inzibati cərimə, habelə müvəqqəti dayandırma cəzası verib.
Natiq Orucov