Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ Konqresi Vaşinqton-Bakı münasibətlərinə zərbə vurmağa çalışır

ABŞ Konqresi Vaşinqton-Bakı münasibətlərinə zərbə vurmağa çalışır


"Birləşmiş Ştatlar Konqresi Vaşinqtonla-Bakı arasında münasibətlərə zərbə vurmağa çalışır. Bu günlərdə Konqresin Nümayəndələr Palatasında Qarabağdakı vəziyyətə dair dinləmənin keçirilməsi də bu məqsədə xidmət edirdi".

Newscenter.az xəbər verir ki, bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Qrupdan bildirilib ki, erməni lobbisinin maliyyəsi hesabına fəaliyyət göstərən, onun girovuna çevrilən konqresmenlər Amerika-Azərbaycan əlaqələrinə kölgə salmaq, bu əməkdaşlığa mane olmaq üçün bütün mümkün vasitələrdən istifadə edirlər:

"Konqresdə keçriilən dinlımələr beynəlxalq hüquq və prinsiplər baxımından zidd olmaqla bərabər, həm də Azərbaycan üçün əhəmiyyətsiz bir şeydir. Azərbaycan öz yolunu mətnlə, siyasi iradə ilə davam etdirir. Bu yolda kimsə bizə əngəl ola bilməz".

Anar Əliyev
Xəbəri paylaş