Almaniyanın paytaxtı Berlin şəhərindəki Bellevue sarayının bağçasında İkinci Dünya Müharibəsindən qalma bomba tapılıb.
Newscenter.az Alman mətbuatına istinadən bildirir ki, İkinci Dünya Müharibəsindən qalma bomba səhər saatlarında sarayın bağçasında tikinti işləri aparılan zaman üzə çıxıb. Polisin müvafiq tədbirləri görməsindən sonra bomba xüsusi təhlükəsizlik tədbirləri ilə partladılıb.
Qeyd edək ki, Bellevue Sarayı Almaniya Prezidentinin rəsmi iqamətgahı kimi istifadə olunur.
Anar TAGİYEV