Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan müttəfiqləri ilə birlikdə ABŞ-ın qarşısında duruş gətirə bilər.

Azərbaycan müttəfiqləri ilə birlikdə ABŞ-ın qarşısında duruş gətirə bilər.


"ABŞ-ın Azərbaycanla bağlı ritorikası kifayət qədər sərtdir və görünür ki, davamlı olacaq. Bunun iki mühüm səbəbi olduğunu düşünürəm. Birincisi, Azərbaycan Ermənistanla sülh sazişinin imzalanmasında Brüssel və ABŞ platformalarını qəbul etmir və hətta bu görüşlərdən yayınır. Bu isə ABŞ və onun müttəfiqlərinə xoş təsir bağışlamır. İkincisi, regionda ABŞ və Avropa İttifaqı daha çox möhkəmlənmək istəyindədir və bunun üçün münbit şəraitin yaradılması lazımdır. Ona görə də ABŞ bir növ bu yanaşması ilə qızışdırıcı mövqe sərgiləyir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Mütəllim Rəhimli səsləndirib. Onun sözlərinə görə, ABŞ və müttəfiqlərinin regiona gəlişi yalnız burada yerləşən dövlətlərinin destabil münasibətləri üzərindən mümkündür:

"Göründüyü kimi, bir tərəfdən Ermənistan haqsız yerə dəstəklənir və qarş tərəfdə qıcıq yaradılır. Digər tərəfdən bitərəf mövqe sərgiləməyə çalışan və hətta 3+3 formatında iştirakdan imtina edən Gürcüstan prosesə çəkilir. Belə ki, Fransanın Ermənistana göndərdiyi silahların Gürcüstan üzərindən aparılması Azərbaycan tərəfində artıq suallar yaratmağa başlayıb. Vəziyyət təsəvvür edildiyi qədər də sadə deyil, amma dalana da dirənməyib. Düşünürəm ki, Azərbaycan müttəfiqləri ilə birlikdə ABŞ-ın qarşısında duruş gətirə bilər. Ona görə ki, bütün hallarda biz haqlıyıq və beynəlxalq hüquq da bizim tərəfimizdədir".

Anar Əliyev
Xəbəri paylaş